Bakıda tıxac problemi həll olunur?- Cıxış yolu

bakida-tixac-problemi-hell-olunur-cixis-yolu
Oxunma sayı: 799

2007-ci ildən üzü bəri, Azərbaycan respublikasının tam təfsilatlı, mükəmməl yol xəritəsini hazırlayan “Caspian NavTel” şirkətinin təklif etdiyi unikal funksionallığa malik naviqatorlar, sürücülərə öz marşrutlarını qabaqcadan planlaşdırmaq imkanı yaradır. Belə ki, yollardakı tıxaclar haqda yenilənmiş məlumatları anbaan avtomobillərdəki naviqatorlara ötürən “Caspian NavTel”-in bu xidməti sayəsində, artıq hər kəs alternativ marşrut seçərək, tıxaca düşməkdən özünü qurtaracaq.

Bu günə qədər naviqatorların bahalılığından, faydasızlığından, informasiyanın yenilənməməsindən gileylənən sürücülər, “Caspian NavTel”-in naviqatorları sayəsində bu qurğu haqda onlarda yaranmış bütün təsəvvürlərini dəyişəcəklər! Çünki Azərbaycan respublikasının tam əhatəli, Gürcüstan respublikasının isə qismən əhatəli elektron xəritəsinin tərtib edən Caspian NavTel şirkətinin əsas məqsədi, peyk naviqasiyasından istifadənin hər bir vətəndaş üçün əlçatan olmasıdır. Ən əsası isə, “Caspian NavTel”-dən savayı Azərbaycanda başqa heç bir şirkət belə təfsilatlı, dəqiq və aktual xəritəyə malik deyil.

Xatırladaq ki, “Caspian NavTel” GPS naviqasiya sisteminə bağlı daim yeniləşən xəritəni tətbiq edən ilk Azərbaycan şirkətidir. Sürücülər şirkətin təklif etdiyi naviqatorları əldə etməklə, ölkəmizin bütün şəhər, rayon, küçə adları, mehmanxanalar, banklar, restoranlar, univermaqlar, tibb və ticarət mərkəzləri, məktəblər, universitetlər, xidmət mərkəzləri, yanacaq doldurma məntəqələri və.s. kimi maraq obyektlərini də axtarmaq əziyyətindən xilas olacaqlar, çünki “Caspian NavTel”-in naviqatorlarında 60.000-dən artıq obyekt haqda məlumat yer alıb! Onu da qeyd etmək yerinə düşər ki, bu məlumatlar günü-gündən yenilənir və aktuallaşır!

Siz də avtomobilinizdə oturarkən yollarda gedən təmir işləri, işləməyən işıqforlar, tıxaclar, hətta radarlar və evakuatorların gəzdiyi küçələr haqda günün 24 saatı dəqiq və operativ məlumat əldə etmək istəyirsinizsə, “Caspian NavTel”-in misilsiz naviqatorlarını almağa tələsin!

Ətraflı məlumat üçün http://www.caspiannavtel.com saytına daxil ola, ya da şirkətin 6986 və 4082170 nömrəli qaynar xəttinə zəng vura bilərsiniz.