Bakıda yaşayış evində partlayış oldu: 2 yaralı

bakida-yasayis-evinde-partlayis-oldu-2-yarali
Oxunma sayı: 666

Binəqədi qəsəbəsi 3-gü mədən 117-ci korpus 62 saylı mənzildə baş vermiş hadisəyə qaz sızmasının səbəb olduğu bildirilib. Partayış nəicəsində həmin mənzildə olan bir ailənin 4 üzvü ata 33 yaşlı Etibar Musayev, ana 31 yaşlı Könül Musayeva, onların övladları 13 yaşlı Abbas və 10 yaşlı Rəsul müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar hadisədən sonra təcili tibbi yardım maşnları ilə xəstəxanaya yerləşdiriliblər.

Xəstəxananın həkimi Elnur Mirzəyev ailə üzvlərindən 2-nin vəziyyətinin ağır olduğunu deyib: “İkisinin vəziyyəti ağırdır. Ata ilə oğlu Abbas. Ananın vəziyyəti orta ağırdır. Digər oğlanın vəziyyəti kafidir”.

Qeyd edək ki, partlayış zamanı ailənin köməyinə ilk çatan qonşular olub. Qəzanın baş verdiyi yerə təcili tibbi yardımı da qonşular çağırıb.

Hadisə zamanı partlayışın gücü o qədər böyük olub ki, Müsayevlərin yaşadığı mənzil dağılaraq tamamilə yararsız vəziyyətə düşüb. Qonşuların sözlərinə görə hadisə zamanı xəsarət alan ailənin başçısı Etibar Müsayev küçələrdə şüşə butulka yığıb sataraq ailəsini dolandırırmış.

Faktla bağlı artıq Binəqədi rayonunun hüquq mühafizə orqanları tərəfindən arışdırma başlanılıb. Mənzildə partlayışa səbəb olan qazın hansı səbəbdən sızması isə ekspertlərin verəcəyi rəydən sonra məlum olacaq.

anspress