Bakıdan BBC-yə haker hücumu oldu

bakidan-bbc-ye-haker-hucumu-oldu
Oxunma sayı: 642

Hadisə yanvarın 18-də qeydə alınıb və xidmətin komandası səhifəyə nəzarəti müəyyən müddətə itirib.

Bununla bağlı “BBC Azərbaycanca”nın yaydığı məlumatda qeyd olunur ki, xidmətin Facebook səhifəsinə nəzarət edən hesablardan ələ keçirilib və səhifənin digər administratorları nəzarət imkanından məhrum edilib. Bununla da bir neçə saat ərzində səhifənin divarına hər hansı link yerləşdirmək mümkün olmayıb.

Səhifəyə bağlı bütün hesablar və elektron poçt ünvanları yenidən açıldıqdan sonra “BBC Azərbaycanca” komandası səhifəyə nəzarəti qaytarıb.

Haker hücumunun Bakıdan təşkil olunduğu məlum olub.