Balaxanıda həkim susuzluqdan qəsəbəni tərk edib

balaxanida-hekim-susuzluqdan-qesebeni-terk-edib-
Oxunma sayı: 651

Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsinin sakinləri “Kərbala müsibəti” yaşayır. Hər halda sakinlərin “Qafqazinfo”ya müraciət formaları belə düşünməyə əsas verir. Hər gün redaksiya ilə əlaqə saxlayan qəsəbə sakinləri susuzluqdan əziyyət çəkdiklərini deyirlər.

Qəsəbə sakini Fəxrəddin Kərimbəyli portalımıza zəng edərək suzuluqlarını belə təsvir edib: “Martın 18-dən bəri qəsəbənin Müsavat və Dirçəliş küçələrinə suyun verilməsi dayandırılıb. İki həftə əvvələ qədər su fasilələrlə də olsa verilirdi. Lakin son bir neçə həftədə bu da kəsilib. Vəziyyət o həddə çatıb ki, qəsəbənin yeganə pediatrı olan anam kəndi tərk etmək məcburiyyətində qalıb. Çünki həkim kimi ona edilən müraciətlərə normal baxmaq üçün heç bir şərait, istifadə üçün bir qaşıq su belə yoxdur. Hazırda qəsəbədə həkim yoxdur. Məsələ ilə bağlı “Azərsu” ASC-yə, Sabunçu rayon İcra Hakimiyyətinə, Bələdiyyəyə, “Heydər Əliyev” Fonduna müraciətlər edilib, lakin problem hələ də həll olunmamış qalıb”.

F. Kərimbəyli deyib ki, Balaxanı bələdiyyəsindən problemin “Azərsu” ASC-də olduğu bildirilib. Bələdiyyə “Azərsu”dan ayrılan suyun 4 küçəyə paylamağın mümkünsüz olduğunu vurğulayıb.

Səidə