BBC Putinlə bağlı serial çəkdi

bbc-putinle-bagli-serial-cekdi
Oxunma sayı: 658

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, dördseriyalı sənədli filmdə dünya siyasətinin keçmiş və indiki nüfuzlu nümayəndələri Vladimir Putin hakimiyəti haqqında danışıblar.

Yeni və arxiv müsahibələri arasında Barak Obama, ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays, Ukraynanın keçmiş prezidenti Leonid Kuçma, Rusiya prezident administrasiyasının rəhbəri Sergey İvanov və başqa siyasətçilərlə söhbətlər yer alıb.

Serialda həmçinin Rusiya prezidenti Dmitriy Medvedev və Gürcütan prezidenti Mixail Saakaşvili müsahibələr nümayiş olunur.