Bəkir Nəbiyevin nəvəsini öldürən sürücüdən xəbər var - Video

<b>Bəkir Nəbiyevin nəvəsini öldürən  sürücüdən xəbər var - <font color=red>Video</b></font>
Oxunma sayı: 809

Nəsimi rayon prokurorunun köməkçisi Günay Səlimzadənin Milli.Az xəbər portalına verdiyi məlumata görə, yol qəzasını tərədən "Mercedes S-class" markalı avtomobilin sükanı arxasında 19 yaşlı Nicat Ruzigar oğlu Məmmədzadə olub.

Onun barəsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma (263.2) və yol nəqliyyat hadisəsi yerindən qaçma (264) maddələri ilə cinayət işi başlanıb.


Qeyd edək ki, avqustun 22-də saat 18:00 radələrində Nəsimi rayonu ərazisində, Bakı şəhər sakini Babək Nəbiyevin idarə etdiyi "Hyundai XG 350" markalı və naməlum sürücünün idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub, sonradan "Mercedes" markalı avtomaşın yolun kənarında dayanmış Bakı şəhər sakini Amil Kərimova məxsus "VAZ-21015" markalı avtomaşına dəyib. Nəticədə "Hyundai XG 350" markalı avtomaşının sürücüsü B.Nəbiyev hadisə yerində ölüb, "Mercedes" markalı avtomaşının isə mühərrik hissəsində yanğın baş verib. "Mercedes"in sürücüsü hadisə yerindən qaçıb.

http://www.youtube.com/watch?v=g3SnDT7Ja7c


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi