Bəşər Əsədin yeni dövlət qurmaq planı - İddia

beser-esedin-yeni-dovlet-qurmaq-plani-iddia-
Oxunma sayı: 661

“Qafqazinfo”nun məlumatına görə, 21 il Hafiz Əsədin köməkçisi işləyən Həddam yeni iddialarla çıxış edib. Bəşər Əsədlə münasibətləri korlandıqdan sonra 2005-ci ildə Parisə gedən Həddam “El Pais” qəzetinə verdiyi açıqlamada Əsədin yeni bir şiə dövləti yaratmağı planlaşdırdığını deyib.

Suriyada ötən həftə 200 nəfərin qətlə yetirilməsi və qarşıdurmanın paytaxt Şama qədər gəlib çatması Əsədin gələcəyi ilə bağlı suallar yaratmışdı. Bu isə Əsəd rejiminin Şamın əldən gedəcəyi halda Aralıq dənizi sahillərindən Ensariyə dağlarına qədər şiələrin üstünlük təşkil etdiyi bölgədə Şiə dövləti quracağı ilə iddiaların yaramasına səbəb olmuşdu.

Həddam Bəşər Əsədin raket və strateji silahları məhz bu bölgəyə yerləşdirdiyini və burada yeni dövlət yaratmaq istədiyini açıqlayıb.

Qeyd edək ki, 22 milyon əhalisi olan Suriyada xalqın 10%-ni şiələr təşkil edir. Əhalinin 75%-i isə sünnilərdir. Azlıq təşkil etməklərinə baxmayaraq, şiələrin idarəçilikdə üstünlük təşkil etdikləri deyilir.