Beynəlxalq reytinq agentliyi ARDNŞ-dən yazdı

beynelxalq-reytinq-agentliyi-ardns-den-yazdi
Oxunma sayı: 643

AzərTAc “Fitch” agentliyinin məlumatına istinadla xəbər verir ki, agentlik, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) xarici valyutadakı uzunmüddətli EDR-ni “Stabil” proqnozu ilə “BBB-” səviyyəsində təsdiq etmişdir.

Xəbərdə deyilir ki, “Azərenerji”nin reytinqi üzrə “Stabil” proqnozuna dəyişiklik 2012-ci il mayın 11-də Azərbaycanın xarici valyutadakı uzunmüddətli EDR-i üzrə “Müsbət” proqnozunun “Stabil” proqnozu ilə əvəz edilməsindən sonra olmuşdur. Suveren reytinq üzrə nəticə etibarilə “Azərenerji”nin reytinqi üzrə proqnozun dəyişməsi reytinq dəyişikliyinin ehtimal olunan istiqaməti barədə “Fitch” agentliyinin rəyini daha dəqiq əks etdirir.

“Fitch” agentliyinin ekspertləri Azərbaycan hökuməti ilə güclü hüquqi, strateji və əməliyyat əlaqələrini nəzərə alaraq bildirirlər ki, “Azərenerji”nin reytinqləri Azərbaycan Respublikasının reytinqləri ilə (“BBB-“/”Stabil” proqnozu/”F3”) eyni səviyyədədir. 2011-ci ilin sonunda şirkətin borcunun 87,1 faizinin dövlət tərəfindən təminatı olmuşdur.

Bundan əvvəl agentlik qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin borcu üzrə birbaşa dövlət təminatlarını nəzərə alaraq ARDNŞ-ın reytinqlərinin “BBB-“dən yüksək suveren reytinq səviyyəsində əlaqəsindən istifadə etməyəcəkdir. İndiki “BBB-“ suveren reytinq səviyyəsində “Fitch” ARDNŞ-nin dövlətlə əlaqələrini güclü əlaqələr kimi qiymətləndirir.

“Fitch” ARDNŞ-in biznes və maliyyə göstəricilərini müstəqil əsasda “BB” reytinq kateqoriyasına uyğun göstəricilər hesab etməkdədir.