Binəqədi rayonunda ev yandı

bineqedi-rayonunda-ev-yandi
Oxunma sayı: 739

Yanğın 7-ci mikrorayon, Xarici dairəvi küçəsi, 31/26-cı məhəllədə, Namizəd Camıyevə məxsus fərdi yaşayış evinin həyətində tikdirdiyi 1 otaqdan ibarət mənzildə meydana gəlib. Zərərçəkmiş şəxsin sözlərinə görə, hadisə baş verən zaman həmin mənzildə heç kim olmadığı üçün bir neçə dəqiqəliyinə nəzarətsiz qalıb. Məlumata görə, bu evdə Namizəd Camıyevin qızı öz ailəsi ilə yaşayırmış.

Qeyd edək ki, güclü alovları görən qonşular da haraya gəlib və yanğına ilk müdaxilə edən də onlar olub. Bununla yanaşı, zərərçəkmiş ailə yanğından mühafizə xidmətinə məlumat verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət yanğından mühafizə xidmətinin üç yanğın söndürən maşını cəlb olunub.

Yanğının qarşısı tam alınsa da, təxminən 25 kv/metr sahəsi olan ev damı və içərisindəki əşyaları ilə birgə tamamilə yanıb. Hadisənin hansı səbəbdən qaynaqlanması və ev sahiblərinə dəymiş zərərin miqdarını isə FHN-nin təhqiqat qrupu araşdırır.

anspress