BMT-dən narkotika tapıldı

bmt-den-narkotika-tapildi
Oxunma sayı: 662

“Qafqazinfo”nun “İnterfaks”a istinadən məlumatına görə, xəbəri BMT-nin mətbuat xidməti yayıb.

Xəbər verilir ki, ağ çanta diplomatik bağlama qismində təşkilata göndərilib. Bağlamanın üzərində onun Meksikadan göndəriliyi yazılıb. Lakin bağlamanı göndərənin kimliyi barədə məlumat olmayıb.

Çantada notebook maketi olub. Narkotikaya qarşı mübarizə bölməsinin mütəxəssisləri bağlamada 16 kq kokain aşkar ediblər.

BMT nümayəndəsi Pol Broun hesab edir ki, bağlama səhvən təşkilata göndərilib. BMT-nin Meksika nümayəndəliyindən isə bəyan ediblər ki, təşkilata heç bir bağlama göndərməyiblər.

Çanta araşdırılmaq üçün Nyu-York polisinə təqdim edilib.