Britaniya mətbuatı “Kür” korrupsiyasından yazıb

britaniya-metbuati-kur-korrupsiyasindan-yazib
Oxunma sayı: 668

“Qafqazinfo” nun məlumatına görə, bu yaxınlarda Böyük Britaniyada dərc olunmuş analitik bir yazı məhz bu qəbildəndir. Yazıda Kür daşqınlarının törətdiyi problemlər, problemlərin aradan qaldırılması istiqamətində ayrılmış 300 milyon manat vəsaitin xərclənməsində yol verilən korrupsiya faktları, təsirə məruz qalmış insanlara verilən kompensasiyaların azlığı və bu yardımların verilməsi zamanı neqativ halların mövcudluğu qeyd olunub. Jurnalist araşdırmasında zərəçəkən insanların fikirləri ilə yanaşı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının hesabatlarına istinad olunmuş, Qərargah üzvlərindən Oqtay Gülalıyev və Rövşən Hacıbəylinin fikirlərinə yer verilib. Böyük Britaniyanın Hərb və Sülh İnstitutunun rəsmi internet səhifəsində dərc olunan yazının müəllifi tanınmış jurnalist Səbuhi Məmmədlidir və yazı ilə bu ling vasitəsi ilə tanış olmaq mümkündür;

http://iwpr.net/report-news/azerbaijan-flood-victims-press-damage-money