Bu günün manşetləri - Xülasə

bu-gunun-mansetleri-xulase
Oxunma sayı: 691

“Yeni Müsavat” qəzetinin manşet xəbəri Qəbələ Radiolokasiya Stansiyası ilə bağlıdır. “Rusiyanın bölgədəki yeni təhlükə planı açıqlandı” başlıqlı xəbərdə Rusiyanın Qəbələ RLS-dən Amerika əleyhinə istifadə edəcəyi barədə məlumatlar yer alıb.

“Ekspress” qəzetinin manşet xəbəri isə Qarabağ münaqişəsinin həlli ilə bağlıldır. “Qarabağ məsələsi yoluxucu xarakter alıb” başlıqlı yazıda Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutu və İpək Yolu Tədqiqat Proqramının elmi araşdırmalar üzrə direktoru, Təhlükəsizlik və inkişaf siyasətinin öyrənilməsi üzrə Stokholm İnstitutunun həmtəsisçisi və direktoru Svante Kornellin münaqişənin həlli ilə bağlı müsahibəsi yer alıb.

“Azadlıq” qəzetinin manşet xəbəri Azərbaycanla bağlı keçirilmiş sorğu haqqındadır. “Britaniya mətbuatı Əliyevlə bağlı sorğunu ələ saldı” başlıqlı yazıda “The Independent” bir neçə gün öncə “Populus” araşdırma qrupunun Azərbaycanda keçirdiyi sorğunun nəticələriylə bağlı dərc etdiyi məqalə haqqında məlumatlar verilib.

“Ayna” qəzetinin də manşet xəbəri Qəbələ RLS-lə bağlıdır. “Qəbələ RLS: milli təhlükəsizliyə təhdid” başlıqlı xəbərdə Qəbələ RLS-in istifadəsinə dair müqavilənin 2025-ci ilə qədər uzadılmasının müzakirəsi və bu barədə ekspeert rəyləri yer alıb.

“Xalq Cəbhəsi” qəzetinin manşetində “Rusiya Ermənistana yenə silah verir” başlıqlı xəbər dərc olunub. xəbərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın məsələ ilə bağlı münasibəti yer alıb.

“Yebi Azərbaycan” qəzetinbin manşet xəbəri prezidentin sərəncamıdır. “Prezident İlham Əliyev Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı binasının yenidən qurulması haqında Sərəncam imzalayıb” başlıqlı yazıda tatr üçün ayrılan vəsaitin miqdarı barədə məlumat yer alıb.

“Bizim Yol” qəzetinin manşeti magistral qaz kəmərinin partlaması xəbəridir. “Bakıda magistral qaz kəməri partladı” başlıqlı yazıda hadisənin təfərrüatları yer alıb.

“Azərbaycan” qəzetinin manşetində “Prezident İlham Əliyevə ölkə əhaləsinin 95 faizi etimad göstərir” başlıqlı xəbər dərc olunub. xəbərdə Böyük Britaniyanın “Populus Limited” şirkətinin Azərbaycanda keçidyi sorğu və onun nəticələri haqqında məlumat yer alıb.

“Şərq”qəzetinin isə manşeti “Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb” xəbəridir. Yazıda Parmalent Assambleyasının keçmiş prezidenti, hazırda İsveçrədəki Yarl Yalmarson Fondunun rəhbəri Qoran Lenmarkerin münqaişə ilə bağlı müsahibəsi dərc olunub.

“Kaspi” qəzetinin manşeti isə Ramiz Mehdiyevin Ümumrusiya Azərbaycanlıların III Qurultayındakı çıxışıdır. “Rusiyada yaşayan azərbaycanlılar böyük potensiala malikdir” başlıqlı xəbərdə Qurultay və Ramiz Mehdiyevin tədbirdəki çıxışı haqqında ətraflı məlumat verilib.

Hazırladı: Fatimə Kərimli