“Capsian NavTel”-in Facebook - müsabiqəsi

capsian-navtel-in-facebook-musabiqesi
Oxunma sayı: 686

Şirkətin baş ofisində keçirilən mükafatlandırma mərasimində, baş direktor Sənan İsmayılovdan hədiyyəsini alan Elsevən Quliyev, müsabiqəyə sadəcə maraqlı əhvalatını bölüşmək üçün qatıldığını, hədiyyə haqda düşünmədiyini, lakin bu xoş sürprizdən də çox sevindiyini qeyd edib. İlk dəfə avtomobilində naviqatordan istifadə edəcəyini bildirən qalibin naviqatoru, şirkətin mütəxəssisləri tərəfindən, yerindəcə avtomobilə quraşdırılıb.

Xatırladaq ki, “Caspian NavTel” GPS naviqasiya sisteminə bağlı daim yeniləşən xəritəni tətbiq edən ilk Azərbaycan şirkətidir. Sürücülər şirkətin təklif etdiyi naviqatorları əldə etməklə, ölkəmizin bütün şəhər, rayon, küçə adları, mehmanxanalar, banklar, restoranlar, univermaqlar, tibb və ticarət mərkəzləri, məktəblər, universitetlər, xidmət mərkəzləri, yanacaq doldurma məntəqələri və.s. kimi maraq obyektlərini də axtarmaq əziyyətindən xilas olacaqlar, çünki “Caspian NavTel”-in naviqatorlarında 60.000-dən artıq obyekt haqda məlumat yer alıb! Onu da qeyd etmək yerinə düşər ki, bu məlumatlar günü-gündən yenilənir və aktuallaşır!

Ətraflı məlumat üçün http://www.caspiannavtel.com saytına daxil ola, ya da şirkətin 6986 və 4082170 nömrəli qaynar xəttinə zəng vura bilərsiniz.