Çempion uduzduğu üçün hakimi döydü - Video

cempion-uduzdugu-ucun-hakimi-doydu-video
Oxunma sayı: 659

“Qafqazinfo”nun məlumatına görə, Almaniyanın Bamberq şəhərində keçirilən beynəlxalq turnirdə insident 37 yaşlı Sprottla 24 yaşlı alman Edmund Herberin oyunu zamanı yaşanıb. Almanın raundlar boyu üstünlüyü şəraitində keçən oyunun 4-cü raundunun bitməsinə bir neçə saniyə qalmış Sprott ağır zərbədən yerə yıxılır.

Sprott 10 saniyə ərzində ayağa qalxır və oyunu davam etdirmək istədiyini desə də, hakim Gerhard Ziql alman boksçunu qalib elan edərək oyunu dayandırır. Hakimin bu qərarına qəzəblənən britaniyalı idmançı hakimi təhqir edir, daha sonra ona zərbə vurur.