Çimərlikdə aksiya keçirilib

cimerlikde-aksiya-kecirilib
Oxunma sayı: 679

Bu münasibətlə Hərəkatın idarə heyəti bu ilki 1 avqustda vətəndaşların daha sıx cəmləşdiyi dəniz kənarı çimərliklərdən birində aksiya təşkil edib. “Qafqazinfo”nun məlumatına görə, aksiya zamanı hərəkat üzvləri özləri ilə gətirdikləri inşaat materialları vasitəsilə simvolik ev tikiblər.

Son vaxtlar ölkəmizdə artan mülkiyyət hüquqi ilə bağlı pozuntulara etiraz əlaməti olaraq təşkil olunan bu aksiya ilə Konstitusiyada öz əksini tapan mülkiyyətin toxunulmazlığına diqqət çəkilib. Aksiyada medianın iştirakı vətəndaşların diqqətini çəkib. Ətrafa toplanan vətəndaşlar mülkiyyət hüquqi ilə məlumatlandırılıb.

Dalğa GH-nın 30 iyul-da keçirilən geniş toplantısında Hərəkatın həyata keçiridiyi “re-branding”-in nəticələri müzakirə olunub və qərara alınıb ki, 16 avqust tarixində medianın iştirakı ilə tədbir təşkil olunsun və nəticələr cəmiyyətə təqdim olunsun. Toplantıda həmçinin nizamnamə və əsasnamənin dəyişikliklər edilmiş variantının qəbulu üçün növbədən kənar qurultayın keçirilməsində qərara alınıb.