Daha bir vicdan məhbusu həbsxanadan yazdı - məktub

daha-bir-vicdan-mehbusu-hebsxanadan-yazdi-mektub
Oxunma sayı: 658

Daha sonra məktubda deyilir: “Tələbəlik illərindən, hələ ondan əvvəlki dövrlərdə siyasətlə maraqlansam da, siyasi aksiyalarda fəal iştirak etsəm də, heç şübhəsiz ki, 2 aprel mitinqi, bu mitinqdən sonra həbs olunaraq vicdan məhbusu statusum almağım mənim siyasi dünyagöprüşümün tam formalaşmasında mühüm rol oynadı. Çoxdan rəğbət bəslədiyim Müsavat Partiyasını seçdim. Bir sıra çətinliklər olsa da, Azərbaycan xalqının azadlığı, cəmiyyətin demokratikləşməsi naminə həbsxana həyatı yaşamağım mənim incitmir. Həbsxanada olduğum müddətdə azadlığın nə qədər dəyərli olduğunu, bir dəyər naminə yorulmadan, çətinliklərdən çəkinmədən mübarizə aparmağın nə qədər şərəfli olduğunu bir daha anladım.
Bu çətin sınağı Arif Hacılı kimi dönməz mübarizlə birlikdə keçməyin yəqin ki, taleyin mənə nəsib etdiyi bir qismətdir.
Sizi əmin edirəm ki, həbsxana həyatı məni yormadı, bezdirmədi, əksinə mübarizə əzmimi daha da artırdı.
Bütün siyasi həyatımı Azərbaycanın müstəqilliyi, azadlığı, ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edəcəyəm”.

Ü. Quliyev öz məktubunda öz həmyaşıdlarına da müraciət edib: “Ölkəmizdə ədalətin bərqərar olmasını arzulayan bütün gənc həmyaşıdlarımı bu müqəddəs mübarizəyə qoşulmağa çağırıram”.

Ülvi Quliyev 1985-ci ilin martın 8-də anadan olub. Hakim Yeni Azərbayban Partiyasına üzvü olsa da, İctimai Palatanın təşkil etdiyi 2 aprel mitinqində fəal iştirak etdiyinə görə həbs olunub. 2011-ci sentyabr ayında onun üzərində qurulmuş məhkəmə prosesində YAP-dan istefa verərək Müsavat Partiyasına üzv qəbul olunduğunu bəyan edib.