Dayı bacıoğlunu başından güllələdi

dayi-bacioglunu-basindan-gulleledi-
Oxunma sayı: 864




Ağcabədi rayonu ərazisində dayı iki bacıoğlusunu güllələyib. Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, 70 yaşlı Rasim Məmmədov münaqişə zəminində bacısı oğlanları 38 yaşlı Elçin Məmmədov və onun qardaşı Natiqi güllələyib. Qanlı hadisə avqustun 2-də rayonun mərkəzində törədilib. O, qoşalüləli tüfəngələ E.Məmmədovu başından güllləliyib, digərini isə qolundan yaralayıb. Hadisədən sonra dayı polisə təslim olub.

O, bacısı oğlanlarını öz səhvlərinə görə güllələdiyini deyib: “Mən taksi sürən adamam. Təqaüdümü alıb, başımı dolandırıram. Mənim kriminal işə aram yoxdur”.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən iki və ya daha artıq şəxsi öldürməyə cəhd maddəsi ilə başlanıb.