Demi Mur da cinsi azlıq çıxdı – Fotolar

demi-mur-da-cinsi-azliq-cixdi-fotolar
Oxunma sayı: 755

Məşhur Hollivud aktrisası Demi Murun lezbiyan əlaqələri ortaya çıxıb. “Qafqazinfo”nun məlumatına görə bu barədə "National Enquirer” jurnalı xəbər verib. Artıq boşanmaq üzrə olan aktrisanın “Ümidsiz ev qadınları” (Desperate Housewives) serialının aktrisası Brandi Glnavillə əlaqələrinin olduğu məlum olub.

Demi Murun lezbiyan televiziya ulduzu ilə 2009-cu ildə keçmiş əri Brus Villisin malikanəsində tanış olduqları və əlaqələrinin də o zamandan başladığı iddia edilir.

Jurnala məlumatı ötürən mənbə bildirib ki, bu xəbəri Brandi özü etiraf edib: “Çox xoşbəxt idi və yaşadıqları ilə fəxr edirdi”.

Qeyd edək ki, Mur 6 il evli olduğu Eşton Kutçerdən evlilik ildönümündə onu aldatdığını irəli sürərək boşanma qərarı almışdı.