Deputatlarımıza Rusiyada orden və medallar verildi - Fotolar

deputatlarimiza-rusiyada-orden-ve-medallar-verildi-fotolar
Oxunma sayı: 647

Azərbaycan Milli Məclisi komitə sədri Arif Rəhimzadə başda olmaqla böyük bir heyətlə yubiley iclasında iştirak edib. Heyətdə Milli Məclisin üvzləri Elmira Axundova, Fəzail Ağamalı, Adil Əliyev, Elton Məmmədov, Rüfət Quliyev, Mirkazım Kazımov, Aslan Cəfərov, İqbal Məmmədov və Parlament Assambleyasındakı təmsilçimiz İlqar Nəbiyev iştirak eib. Bu barədə “Qafqazinfo”ya açıqlamasında millət vəkili Fəzail Ağamalı bildirib. O, yubiley iclası ilə yanaşı bir sıra komissiyalarda da iclasların keçirildiyini bildirib: “İclaslar da bir qayda olaraq model layihələrin müzakirəsi aparıldı. Bəzi qanun layihələri qəbul edildi. Digər qanunların isə yenidən işlənməsi və təkmilləşdirilməsi tövsiyə edildi. Assambleyanın 20 illiyi ilə bağlı tədbirə quruma sədrlik edən Rusiya Federasiyası Şurasının sədri Valentina Matvienko rəhbərlik edirdi. Yubiley yığıncağında beynəlxalq təşkilatların nümayəndələri çıxış etdi. Çıxış zamanı təşkilatın fəliyyəti üzərində dayanıldı və yubiley münasibəti ilə təbrik edildi” .

F. Ağamalı Assambleyanın yubileyi münasibəti ilə qurumda fəaliyyət göstərən ölkələrin parlamentarilərinin orden, medallarla təltif olunduğunu söyləyib. Onun sözlərinə görə, Assambleyada uzun müddət fəaliyyət göstərən deputatlara qurumun ən yüksək mükafatı olan “sadrujestva” ordeni verilib. Artıq bu ordenə Milli Məclisin 10-dan çox deputatı layiq görünüb. Fəzail Ağamalı, Elton Məmmədov bu ordeni alanların sırasındadır. Bu dəfə həmin yüksək “sadrujestva” ordeni deputat Adil Əliyevə təqdim olunub. Elmira Axundova, Fəzail Ağamalı, Rüfət Quliyev və Elton Məmmədov Assambleyanın gümüş medalı ilə, digər deputatlar isə bürünc medalla təltif olunublar. İlqar Nəbiyev isə fəxri fərmanı ilə mükafatlandırılıb.

Yubiley yığıncağından sonra təşkil olunmuş mədəni proqramlarda da deputatlarımız iştirak edib.

Daha sonra V. Matvienko Parlament Assambleyasında iştirak edənlər üçün xüsusi şam yeməyi verib.

Sədan