Doğuşda ölən körpənin atasından dəhşətli açıqlama

dogusda-olen-korpenin-atasindan-dehsetli-aciqlama-
Oxunma sayı: 653

Bu barədə “Qafqazinfo”ya Şabran Rayon, Hacı İsgəndərli kənd sakini Anar Babayev məlumat verib. A. Babayevin sözlərinə görə, hadisə iyunun 27-dən 28-nə keçən gecə Siyəzən Mərkəzi Rayon xəstəxanasında baş verib.

Həyat yoldaşı Babayeva Rəvanəni yeni körpəsini dünyaya gətirmək üçün xəstəxanaya gətirən A.Babayevə bir müddət sonra xəstəxananın ginekoloqu Anita xanım körpənin doğuş zamanı öldüyünü bildirib.

Anar Babayevin sözlərinə görə o, dəfələrlə həyat yoldaşını məhz Anita xanımın qəbuluna gətirib, həkim isə uşağın sağlam olduğu barədə valideynləri tam əmin edib. “Mən birinci dəfə yoldaşımı onun yanına gətirəndə dedim ki, hələ 2009-cu ilin iyul ayında bizim birinci körpəmiz dünyaya gələrkən həyat yoldaşımın gözləri və bel sütunu zədələnib. O, da yoldaşımı müayinə edərək hər şeyin qaydasında olduğunu bildirib. Bundan sonra biz mütəmadi olaraq, uşağın 7 aylığında, hətta bu ayın 18-19-da da Anita xanımın qəbulunda olduq. O da öz növbəsində həmişə bizi arxayın edərək, “qorxmayın, uşaq sağlamdır, hər şey mənlikdir” deyə yola salıb”.

A.Babayevin sözlərinə görə, həkim Anitadan izahat tələb edib, o isə öz növbəsində səhvini etiraf edib və ailədən üzr istəyib: “İndi deyir ki, bağışla, mənim səhvimdir, ancaq məni başa düş, mənim balalarım var. Bu nə deməkdir, axı mən əvvəl gündən demişdim axı ki, uşağı əməliyyat yolu ilə dünyaya gətirsinlər...”.