Dünya Gənclər Bankının əməliyyat direktoru Bakıda - Fotolar

dunya-gencler-bankinin-emeliyyat-direktoru-bakida-fotolar
Oxunma sayı: 653

“Qafqazinfo”nun məlumatına görə, mətbuat konfransında Dünya Gənclər Bankı Şəbəkəsinin regional ofisinin rəhbəri, Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Vüsalə Hüseynli dövlət müstəqilliyinin 20 illik münasibəti ilə xalqımızı təbrik edib. Ofis rəhbəri bildirib ki, bu gün digər beynəlxalq qurumlar kimi DGBŞ-nin ofisinin Azərbaycanda fəaliyyəti də məhz müstəqilliyimizin verdiyi imkanlarla bağlıdır.

Sonra Bankın Əməliyyat direktoru Elxan Gazizadə 1 ay müddətində bankın regional ofisinin gördüyü işlər və uğurları barədə ətraflı məlumat verib: “ Bir ay çox az müddət olmasına baxmayaraq, biz bu müddət ərzində Kiprin Lefke Avropa Universiteti, Estoniyanın Tartu universiteti və ABŞ-ın bir neçə universitetləri ilə partnyor səviyyəsində əlaqələr qurulub. Eyni zamanda, dekabr ayında MDB-də ilk dəfə olaraq, “Yaşıl texnologiyalar” konfransını reallaşması üzərində hazırlıq işləri gedir”.

E. Gazizadə bildirib ki, mart ayında gənc qadın iş adamlarının iştirakı ilə də sammitin keçirilməsi nəzərdə tutulub: “Bizim bank olaraq nizamnaməmizə əsasən keçirdiyimiz bütün proyektlərdə yalnız 38 yaşa kimi olan gənc insanlar iştirakı məqbuldur”.

Konfransda iştirak edən Lefke Avropa Universitetinin rektoru, professor Ahmed Bulent Göksel öncə Azərbaycan xalqını müstəqilliyin 20 il dönümü münasibəti ilə təbrik edib və bu azadlığın sonsuza kimi daimi olmasını arzulayıb.

Professor qeyd edib ki, Azərbaycanla Kipr türkləri arasında münasibətlər qardaşlıq səviyyəsində olduğundan biz buranı öz evimiz bilirik.

Qeyd edək ki, universitetin artıq müxtəlif fakültələrinə qəbul Azərbaycan təmsilçiliyində başlayıb.