Dünya Suriyada baş verənləri film kimi izləməkdə davam edir

dunya-suriyada-bas-verenleri-film-kimi-izlemekde-davam-edir
Oxunma sayı: 692

Döyüşlərin, əsasən, Hələb şəhərində baş verdiyi bildirilir. Suriya hökuməti Səlahəddin rayonunda aparılan əməliyyatlar nəticəsində bölgənin üsyançılardan tamamilə azad edildiyi məlumatını yayıb. Müxalifət isə iddiaları təkzib edərək şəhərin əksər bölmələrinə Azad Suriya Ordusunun nəzarət etdiyini bildirib. Qeyd edək ki, Hələb hər iki tərəf üçün strateji əməliyyət kəsb edir.

Təl Rifət rayonunda çəkilmiş həvəskar görüntülərdə bölgənin hava məkanında qırıcı təyyarələrin var-gəl etməsi və partlayış səsləri nümayiş olunub. Müxalif fəallar hava zərbələri nəticəsində yaşayış məntəlqələrinin yerlə yeksan olması görüntülərini yayımlayıblar. Məlumata görə, orduya məxsus qırıcı təyyarələrin evlərə və məktəblərə hava zərbələri endirməsi nəticəsində bir ailənin azı 6 nəfər üzvü öldürülüb.

Dəraa şəhərində isə döyüşlərdə öldürülən üsyançılardan birinin dəfn mərasimində partlayış törədilib. Partlayış anı həvəskar çəkilişlə qeydə alınıb.

Bu arada, ötən gecə Hələb şəhərini tərk edən dan 2400 dinc sakin Türkiyəyə sığınıb. Türkiyə rəhbərliyinin verdiyi məlumata görə, ümumilikdə, bu ölkəyə keçən suriyalı qaçqınların sayı artıq 50 minə yaxınlaşır.

Onu da qeyd edək ki, müxalifətin sözlərinə görə, artıq 17 aydır ki, davam edən iğtişaşlarda 17 mindən çox insan öldürülüb.