“Dünyada beş liderə etibar edirəm” - Biri Ərdoğandır

dunyada-bes-lidere-etibar-edirem-biri-erdogandir
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, Obama xarici siyasətdə dostluq əlaqələri və etibar etdiyi liderlər arasında Rəcəb Tayyib Ərdoğan, Angela Merkel, Hindistanın baş naziri Manmohan Singh, Cənubi Koreya lideri Lee Myung-bak və İngiltərə baş naziri Devid Kameronun adını çəkib. Jurnalistin “sizin xarici siyasətdə soyuq olduğunuz, liderlərlə dostluq etmədiyinizə dair iddialar var” sualını cavablandıran Obama bu beş liderlərlə bağlı fikirlərini bölüşüb: “Əvvəlki idarəetmələrdə yer almadığım üçün keçmiş Amerika rəhbərlərinin dünya liderləri ilə əlaqələrini bilmirəm. Amma dünyanın müxtəlif bölgələrindəki liderlərlə qurduğum dostluq və güvən bağı çox qəti və bu bizim təsirli siyasət yürütməyimizin bir hissəsidir. Əgər Angela Merkel, Singh, Erdoğan, Lee yaxud Devid Kamerondan soruşsanız rəhbərə böyük güvən və inam bəslədiklərini söyləyəcəklər”.

Obamanın etibar etdiyi adlar arasında İsrailin baş naziri Benyamin Netanyahu və Fransa prezidenti Nikolya Sarkozinin olmaması isə diqqətlərdən yayınmayıb.

Səidə