Ədalət Şükürovu Hacı Qalib döyüb – Sensasiya, Yenilənib

<b>Ədalət Şükürovu Hacı Qalib döyüb –<font color=red> Sensasiya, Yenilənib </b></font>
Oxunma sayı: 331

Bir neçə gün əvvəl Azərbaycanın əməkdar artisti, tanınmış müğənni Ədalət Şükürovun toyda döyülməsi ilə bağlı yayılan xəbər hər gün daha bir şok informasiya ilə böyüməkdədir. Bu şok xəbərlərdən biri də bu gün “Qafqazinfo”ya daxil olub. Həmin məlumatı çatdırmazdan əvvəl bildirmək istəyirik ki, müğənni toyda dodağının partladılması ilə bağlı xəbər özü belə şərh edib: “İyunun 11-də yaxın dostlarımın toy məclisində mahnı oxuyarkən qonaqlardan birinin gözlənilməz hücumuna məruz qaldım. Qəfildən məni vurdular və dodağım partladı. Əlbəttə ki, mən bunu cavabsız qoymadım. Lakin ətrafdakı insanlar bizi ayırdılar. Səhəri gün həmin şəxslər məndən üzr istədilər, hadisəni sərxoş olduqları üçün törətdiklərini bildirdilər. Bununla da məsələ qapandı. İllərdir toylarda çıxış edirəm, başıma belə hadisə ilk dəfə gəlir” .

İki gün əvvəl isə “Azadlıq” qəzeti belə bir məlumat yaymışdı ki, müğənnini vuran adam sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bəzi məlumatlara görə, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovla şərikli biznesi var. Belə ki, Ədalət Şükürovu toya dəvət edən məclis sahibinin dostu bir neçə dəfə müğənniyə mahnıları canlı səslə oxumaq barədə sifariş göndərib. Lakin müğənni Bəylər Əyyubovun şəriki olduğu bildirilən sahibkarın sifarişinə məhəl qoymayaraq fonoqram oxumağa davam edib. Bundan bərk qəzəblənən toy sahibinin dostu Ədalət Şükürovu cəzalandırmaq qərarına gəlib. Və toyun gedişində qəfildən müğənniyə yaxınlaşaraq onu əzişdirib. Bundan sonra isə Ədalət Şükürovu toydan qovub.

Bu gün redaksiyamıza daxil olan məlumatda isə qeyd olunur ki, Ə. Şükürovu vuran adam Masallı rayonundan olan Hacı Qalib adlı şəxsdir. Məlumata görə, hadisə belə olub: “Masallılı iş adamı kimi tanınan məşhurun oğlunun ayın 10-da Neon restoranında toyu idi. Həmin toyda onların qohumu olan “General Motors” şirkətinin sahiblərindən biri Hacı Qalib də iştirak edirdi. Hacı Qalibin qardaşı Fərəməz Ədalət Şükürovdan fonoqramsız oxumağı xahiş etdi. Ədalət bunu edə bilməyəcəyini deyəndə araya çaxnaşma düşdü. Ədalətin mühafizəçisini döyəndən sonra Hacı Qalib stoldan duraraq Ədaləti vurdu. Bu Hacı Qalib uzun müddət Bəylər Əyyubovun adamı kimi tanınırdı. Lakin Dağıstanda ona məxsus olduğu iddia edilən 60 milyon dollarlıq narkotik tutulandan sonra Hacı Qalib hakimiyyətlə əlaqələrini itirdi və onların gözündən düşdü”.

Göründüyü kimi əməkdar artistin döyülməsi ilə bağlı müəmma getdikcə böyüyür və hər gün yeni xəbərlər redaksiyalar tərəfindən yayılır.

Adları çəkilən tərəflərin mövqeyini verməyə hazırıq.

***

“Qafqazinfo”ya daxil olan digər məlumatda bildirilir ki, yuxarıda qeyd olunan kimi Fərəməz Ə. Şükürova fonoqramsız mahnı sifariş edib. Müğənni isə sifarişi qəbul etməyib. Onun ardınca Ə.Şükürova yaxınlaşan Hacı Qalib müğənnidən Fərəməzin ondan nə istədiyini soruşub. Onların qardaş olmasından xəbərsiz olan Ə. Şükürov Fərəməz barəsində təhqiredici ifadə işlədib. Bu zaman Hacı Qalib müğənnini döyüb.

Baş vermiş hadisə nəticəsində Ə. Şükürovun iki dişinin düşdüyü bildirilir.

Məsələ ilə bağlı “Qafqazinfo” Ə. Şükürovla da əlaqə saxlayıb. Lakin müğənni baş vermiş hadisə barədə danışmaq istəməyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi