Ədliyyə Nazirliyi daha bir partiyanı qeydə aldı

edliyye-nazirliyi-daha-bir-partiyani-qeyde-aldi
Oxunma sayı: 690

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bu barədə partiyanın sədri, millət vəkili Fərəc Quliyev (Ulusoy) məlumat verib. Quliyev qeyd edib ki, partiyanın rəsmi dövlət qeydiyyatından keçməsi AMDHP-yə bir sıra üstünlüklər qazandıracaq.

“Rəsmi dövlət qeydiyyatı bizə imkan verəcək ki, qarşıdan gələn illərdə keçiriləcək prezident, parlament və bələdiyyə seçkilərində partiya olaraq iştirak edə bilək. Bundan əlavə, dairə seçki komissiyalarında və məntəqə seçki komissiyalarında nümayəndələrimizin olmasını təmin edə biləcəyik”, - Quliyev əlavə edib.

AMDHP artıq altı ildir ki, fəaliyyət göstərir. Partiyanın Milli Məclisdə bir nümayəndəsi var.

Hazırda Azərbaycanda 50-dən çox siyasi partiya fəaliyyət göstərir.