Eldar İbrahimovdan “Дивное” haqqında sərt - açıqlama

eldar-ibrahimovdan-haqqinda-sert-aciqlama-
Oxunma sayı: 674

Onun sözlərinə görə, son vaxtlar ölkəmizin ərzaq dükanlarında Rusiyada istehsal olunan “Дивное” adlı günəbaxan yağının satılması məsələsi müzakirə olunur. E. İbrahimov bildirib ki, bu yağın satış şəbəkəsinə yol tapması həm qida təhlükəsizliyi, həm də milli təhlükəsizlik baxımından təhlükəlidir.


Komitə sədrinin sözlərinə görə, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsində göstərilir ki, xarici dövlətlərdən Azərbaycan Respublikasına dövlət gigiyena qeydiyyatına alınmış, müəyyən edilmiş qaydada verilmiş və ya tanınmış uyğunluq sertifikatları olan yeyinti məhsulları idxal edilə bilər. Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlərə əsasən verilmiş müvafiq sertifikatları olmayan yeyinti məhsullarının Azərbaycan gömrük ərazisinə daxil edilməsinə yol verilmir. E. İbrahimov hazırda sözügedən sənədə əlavə və dəyişikliklərin edilməsi, qanunun daha da gücləndirilməsi üçün işə başladıqlarını açıqlayıb. Komitə sədri bir daha məsələnin təhlükəsizliklə bağlı məqamına diqqət çəkərək hər kəsə diqqətli olmağı tövsiyə edib. “Bu yağı Azərbaycana gətirənlər tapılmalıdır, cəzalandırılmalıdır və elə cəzalandırılmalıdır ki, başqalarına da dərs olsun ki, bir də belə səhvlərə yol verilməsin”.

Qeyd edək ki, Ermənistana satılmaq üçün istehsal olunmuş həmin məhsul bu ölkənin qadağası ilə rastlaşdıqdan sonra digər bazarlara yol tapıb. “Дивное” günəbaxan yağının etiketində məlumatlar erməni dilində də göstərilib. Azərbaycana bu yağı idxal edən şəxslər erməni dilində yazı olan hissənin üzərinə Azərbaycan dilində məlumat yapışdıraraq satış şəbəkələrinə ötürürlər.