Əli Əkbərdən Şahbaz Xuduoğluna sərt ittiham

<b>Əli Əkbərdən Şahbaz Xuduoğluna sərt ittiham</b>
Oxunma sayı: 117

“Qafqazinfo” xəbər verir ki, Əli Əkbərin bildirdiyinə görə, o sözügedən romanı bu günlərdə təkrar çap edərək mağazalara paylaşdıranda, Əli və Nino mağazasında romanının köhnə, 2006-ci ilə aid versiyası ilə qarşılaşıb: “Məsələ orasındadır ki, 2006-cı ildə 500 ədəd çap olunan bu roman, 2007-ci ildə artıq satılıb qurtarmışdı. Bu romanın yenidən Əli və Nino mağazalarında peyda olması isə romanın ikinci nəşrinin satışına əngəl törədmək məqsədi ilə edildiyi bəlli olur. Mağazadan mənə bildirdilər ki, romanın köhnə versiyasını onlara Şahbaz Xuduoğlu verib. Bu kitabın 5 il sonra, məhz indi, roman ikinci dəfə nəşr edilən ərəfədə yenidən mağazalara verilməsi tamamilə qanunsuz hərəkətdir və açıq-aşkar plagiatdır. “Yeni Müsavat”a açıqlama verərək plagiat faktını təsdiqləyən Şahbaz Xuduoğlu, bu romanın onda nə gəzdiyini, yazarın 5 il əvvəl öz hesabına çap etdiyi və bütün tirajı götürdüyü əsərin Qanun mətbəəsində hansı məqsədlə yenidən çap edildiyi suallarına cavab verməyib”.

Əli Əkbərin bildirdiyinə görə, o, artıq öz oxucularına çağırış edərək romanın yeni versiyasını almalarını, plagiatçı və oğrulara pul qazandırmamağı onlardan xahiş edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi