Eli Evsen həbs edilib

eli-evsen-hebs-edilib
Oxunma sayı: 1351

Türkiyə mediasının "Assoşieyted Press" agentliyinə istinadən yaydığı xəbərə görə, Salamın 33 milyon avroluq hesabı dondurulub. Dondurulan pulları Salam ailəsinin hesablarına Türkiyəli iş adamı Əli Evsən göndərib.

Materialda adı keçən Əli Evsənin Azərbaycandakı iş fəaliyyəti, burada avtomobil nəqliyyatı, otel və ticarət sahələri ilə məşğul olduğu barədə də qeydlər var.

Bildirilir ki,1962-ci ildə Adanada doğulan, ancaq illərdir Azərbaycanda fəaliyyət göstərən Əli Evsənin "Eagle Aviation Europe" adlı bir havaçılıq şirkəti də var. Azərbaycana hüquq təhsili üçün gedən Evsən 1990-cı ildə "Evsən Groupu" qurub. Qrup şirkətləri arasında avtomobil şirkəti "Azsamand Service", ticarət mərkəzi "Elitaya Complex", soyuducundan paltaryuyan maşınına qədər istehsal edən "Azerbaijan Electronics" fabriki də var. Əli Evsənin bir də xalça atelyesi olduğu, onun şirkətlərində 3 minə yaxın adamın çalışdığı bildirilir.

Qeyd edək ki, Əli Evsən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin qudasıdır. Şeyxin oğlu Məhəmməd Əli Evsənin qızı ilə ailə qurub