Əli Ömərov intihar etdi

eli-omerov-intihar-etdi
Oxunma sayı: 720

Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, 29 yaşlı Əli Ömərov sirkə turşusu içərək özünə qəsd edib.

Hadisə noyabrın 16-da baş verib. Bakının Nizami rayonunda yaşayan Ə.Ömərov 20 Yanvar küçəsi 36 saylı binanın qarşısında sirkə turşusunu başına çəkib. O, ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasının toksikologiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Ə.Ömərov ötən gecə orada ölüb.

Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.