Əlvida, böyük insan! - Fotosessiya

elvida-boyuk-insan-fotosessiya
Oxunma sayı: 678

Şimali Kıprıs Türk Cümhuriyyətinin (ŞKTC) banisi və ilk prezidenti Rauf Denktaş bu gün son mənzilə yola salınıb. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Denktaşın cənazəsi paytaxt Lefkoşadakı Prezident Sarayından qaldırılaraq Səlimiyə Camisinə aparılıb.

Rauf Denktaşın nəşinin qoyulduğu zirehli hərbi avtomobilin keçdiyi küçələrdə on minlərlə insan türk liderini dua və alqışalarla yola salıblar.

Səlimiyə Camisində mərhumun cənazə namazı qılındıqdan sonra Türk Müqavimət Təşkilatının abidəsinin yerləşdiyi Cümhuriyyət Parkında dəfn edilib.

Dəfn mərasimində Rauf Denktaşın ailəsi ilə bərabər ŞKTC prezidenti Dərviş Eroğlu, ikinci prezident Mehmet Əli Tələt, Türkiyə prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, CHP sədri Kamal Kılıcdaroğlu, Türkiyənin keçmiş baş nazirləri Dəniz Baykal, Hikmət Çətin, Altan Öymen iştirak ediblər.