Elza Seyidcahanı kimlər telekanallardan uzaqlaşdırmağa çalışır?

elza-seyidcahani-kimler-telekanallardan-uzaqlasdirmaga-calisir
Oxunma sayı: 644

“Həyatda yaxşılıq və köməklik edəndə kimlərsə qıcıqlanır. Haqqımda bəzi həqiqətə uyğun olmayan xəbərlər dolaşır. Deyirlər ki, Xəzər TV ilə problemlərim var. Güya onlar mənim hansısa mahnımı düz səsləndirmədikləri üçün sözügedən kanalın əməkdaşlarını təhqir etmişəm. Ancaq bu şayələr düzgün deyil. Xəzər TV-nin rəhbərliyindən tutmuş əməkdaşlarına qədər hamısına böyük hörmətim var və mənim həmin kanalla heç bir problemim yoxdur. Çünki Xəzər TV-nin rəhbərindən hər zaman hörmət görmüşəm”.

E. Seyidcahan iddia edir ki, bu cür xəbərlər bəzi internet saytlarında da dərc olunub: “Anlamıram, necə olur ki, məndən xəbərsiz haqqımda xəbərlər yazılır? Bu yalan məlumatı mən özüm oxumamışam. Amma sözügedən kanalın əməkdarşlarının dediklərinə görə, onlar yazı ilə tanış olublar. Mən artıq bilmirəm nə edim ki, bu cür özbaşnalığa son qoyulsun. Demədiyim sözləri necə yaza bilirlər axı. Hər zaman Xəzər TV-nin əməkdaşlarından razı qalmışam. Çünki mənim bütün layihələrimi dəstəkləyiblər və inanıram ki, bu gündən sonra da əməkdaşlığımız davam edəcək. Bu yaxınlarda konsertim baş tutdu. Konsertimin aparıcıları da Xəzər TV-nin əməkdaşları idi. Onlar hətta mənəvi tərəfdən də mənə kömək etdilər. Xahiş edirəm, heç kim ürək bulandırmasın”.

Nigar