Bərdə doğuş evində daha bir körpə öldü

berde-dogus-evinde-daha-bir-korpe-oldu
Oxunma sayı: 1128

Bərdə Doğum Evində daha bir uşaq doğuş zamanı ölüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, rayonun Gərənə kənd sakini, 1998-ci il təvəllüdlü Günay Babayeva aprelin 16-da “vaxtından əvvəl cərrahiyyə doğuşu” diaqnozu ilə doğum evinə daxil olub. Hər ikisi qız olan əkiz uşaqlardan biri aprelin 19-da doğum evində ölüb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmə-tibb ekspertizası təyin edilib. 

Qeyd edək ki, son aylarda Bərdə Doğum Evində uşaq ölümü  tez-tez təkrarlanır. Yalnız fevral ayında orada 5 uşaq vəfat edib.

Murad Əhməd