Berdiməhəmmədovun Bakı səfəri başa çatıb

berdimehemmedovun-baki-seferi-basa-catib
Oxunma sayı: 649

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri avqustun 9-da başa çatıb.

"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu hava limanında Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.