Ərdoğan Həmas lideri ilə görüşüb

erdogan-hemas-lideri-ile-gorusub
Oxunma sayı: 712

Qapalı görüş 2 saat yarım davam edib. Fələstinli syasətçinin Türkiyəyə səfəri fələstinlilərə dəstək turnesi çərçivəsində baş tutub. İsmayıl Haniyə bu gün 2010-cu ildə Qəzza zolağına istiqamətlənən "Azadlıq donanması" humanitar yardım donanmasının təşkilində iştirak etmiş türk fondunun rəhbəri ilə görüşəcək.

Bu arada İsrail və Fələstin muxtariyyatının Yaxın Şərq sülh danışıqları üzrə nümayəndələri bir ildən çox müddət ərzində ilk görüşü keçirməyə razılıq veriblər. İsrailin nümayəndəsi Yitzhak Molko və Fələstini danışıqlarda təmsil edən Saeb Ərəkat beynəlxalq vasitəçilərlə birlikdə sabah İordaniyada görüşəcək. Ancaq hər iki tərəfdən nümayəndələr sülh danışıqlarının başlamasında hər hansı perspektivə şübhə edir.

Xatırladaq ki, tərəflər arasında danışıqlar 2010-cu ilin sonlarında İsrailin İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin inşasına son qoymaqdan imtina etməsindən sonra dayandırılıb