Ərəb qadınlar “Polad”a görə boşanır

ereb-qadinlar-polada-gore-bosanir
Oxunma sayı: 662

“Qafqazinfo”nun Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, kanal xüsusilə “Kurtlar Vadisi”ni hədəf alıb və bu serialın cinayətlərə yol açdığını iddia edib.

“Əl Ərəbiya”da yayımlanan xəbərdə 31 yaşındakı yəmənli Muhamməd əl-Əlinin Necati Şaşmazın Polad obrazını canlandırdığı “Kurtlar Vadisi”ni izlədikdən sonra beş nəfəri öldürdüyü bildirilib. Kanalın digər bir xəbərinə görə isə bu serial həm də ailələrin dağılmasına səbəb olur. Belə ki, bir ay əvvəl Yəmənin Əl Hudaydah şəhərində 20 yaşındakı bir qadının ərinin Polad qədər şık geyinməməsindən şikayət edərək, ondan boşanmaq istəyib.