Berluskoni özünə yeni iş tapdı

berluskoni-ozune-yeni-is-tapdi
Oxunma sayı: 647

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, baş nazir AC Milan futbol klubunu idarə etməyə başlayacağını deyib. Berluskoni bundan sonrakı fəaliyyəti ilə bağlı isə onu bildirib ki, partiyasının qurucusu olaraq qalacaq: “Lakin seçim kampaniyasında yardımçı ola bilərəm, bu yaxşı bacardığım işdir. Ola bilsin ki, AC Milanın rəhbərliyinə geri dönüm”.

Berluskoni siyasətdən gedişinin onun üçün faydalı olacağını deyib: “Siyasəti atsam, uşaqlarım xoşbəxt olacaq. Hər sabah qalxıb mənə təzyiqlərlə dolu qəzetləri oxumaq məcburiyyətində qalmayacağam. Yorğunam, istədiyim kimi siyasətlə məşğul ola bilməməkdən yoruldum. Azad bir vətəndaş olaraq baş nazir olduğum zamankı halımdan daha güclüyəm. Mussolinin həyatından bəhs edən bir kitab oxuyurdum, məktublarından birində belə deyirdi ki, mənim bir dəyərim yoxdur, sadəcə məsləhət verə bilirəm. Mən də özümü belə hiss edirəm”.

Bunun ardınca isə özünü Mussoliniyə bənzətməsinə diqqət çəkən qəzetə “siz illərcə belə yazsanız da mən bir diktator deyiləm” cavabını verib.

Səidə