Ermənilər Vanı alır

ermeniler-vani-alir-
Oxunma sayı: 645

Bu haqda İğdırdan Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksel Gülbey deyib. "Van zəlzələsindən sonra ermənilər və onlara məxsus olan vəqflər vətəndaşların düşdükləri vəziyyətdən istifadə edərək, torpaq və malikanələri almağa başlayıblar. Zəlzələdən sonra vətəndaşların çox hissəsi Vanı tərk edərək müxtəlif yerlərdə yaşamağa gediblər. Ermənilər 96 ildir bu torpaqları "qərbi Ermənistan" adlandırırlar və indi də bu arzularını gerçəkləşdirmək üçün hərəkətə keçiblər", - deyə dərnək sədri bildirdi.

Dərnək sədri onu da əlavə etdi ki, Ermənistan konstitusiyasında Şərqi Anadolu və onun cənubi-şərq bölgəsinin "qərbi Ermənistan" adlandırıldığını və bu istiqamətdə erməni lobbisinin illərlə mübarizə apardığını qeyd edərək bunları söylədi: "Bu məsələdə də ermənilər çox hiyləgər siyasət aparırlar. Belə ki, alınan torpaqlar birbaşa ermənilərin adlarına alınmır. Torpaqlar ya onları dəstəkləyən, ya da kilsənin himayəsində olan insanların adlarına sənədləşdirilir. Artıq bu məsələnin araşdırılması ilə bağlı hökumət nümayəndlərinə müraciətlər etmişik", - deyə Göksel Gülbey qeyd etdi.

ELNUR ELTÜRK