Ermənilərlə yezidi kürdləri bir-birilərini qırıblar

<b>Ermənilərlə yezidi kürdləri bir-birilərini qırıblar</b>
Oxunma sayı: 150

Dava edən ermənilərdə ov tüfəngləri olsa da, onlar atəş açmayıblar. Süpürləşmədə 7 yezidi kürd müxtəlif bədən xəsarəti alıb. Ermənilərdən biri Ermənistan Yezidilər İttifaqının sədri Əziz Tamoyanın alnına tapança da dirəyib.

Davanın səbəbi qonşular arasında münaqişədir. Yezidi Avdalyanın qonşusu erməni Mukuç yaxınlıqda torpaq sahəsi alaraq tikintiyə başlayıb. Sement gətirən maşın Avdalyanın qoyunlarını basıb və nəticədə dava 100 adamın qatıldığı süpürləşməyə çevrilib.

Əziz Tamoyan dalaşanları ayırmaq istəsə də, bacarmayıb. Erməni polisi faktla bağlı cinayət işi qaldırıb, istintaq gedir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi