Bərzani kürdlərin Kərkükdən geri çəkilməsinin səbəbini açıqladı

berzani-kurdlerin-kerkukden-geri-cekilmesinin-sebebini-aciqladi
Oxunma sayı: 2607

İraq Kürd Regional Hökumətinin rəhbəri Məsud Bərzani İraq ordusunun Kərkükdə keçirdiyi əməliyyatdan sonra açıqlama verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bərzani, peşmərgə qüvvələrinin Kərkükdən geri çəkilməsinin səbəbini bəzi kürd siyasətçilərin tək tərəfli hərəkət etməsilə əlaqələndirib.

O deyib ki, geri çəkilmə qarşılıqlı məlumatlandırma əsasında həyata keçirilib.

Qeyd edək ki, İraq ordusu Kərkükü 2 gün öncə Bərzani hökumətinin əlindən alıb.