Əsədi öldürənə 450 min dollar...

esedi-oldurene-450-min-dollar
Oxunma sayı: 655

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, dini lideri bildirib ki, onu belə bir addım atmağa Xula şəhərində hökumət qoşunlarının amansız qətliam törətməsi təhrik edib. O, bu barədə öz tvitter hesabında məlumat verib: “Biz uşaqlara və qadınlara qarşı törətdiyi cinayətləri dünyanı dəhşətə salan qatil Bəşər Əsədi məhv edən şəxsə 450 min dollar mükafatı təklif edirik”.

Bu barədə elan ingilis və ərəb dillərində verilib. Səudiyyə krallığından isə bu barədə rəsmi açıqlama gəlməyib.

Xatırladaq ki, mayın 25-də Xula şəhərində baş verən qətliam zamanı 32-si uşaq olmaqla 114 insan qətlə yetirilmişdi.