Bəşər Əsəd daha 200 nəfəri öldürdü

beser-esed-daha-200-neferi-oldurdu
Oxunma sayı: 645

Trend-in məlumatına görə, bu haqda "Əl Cəzirə" telekanalı məlumat verib. Ölənlər arasında çoxlu sayda dinc vətəndaşın olduğu bildirilir.

Ölkənin Hums şəhərində isə, cəza evlərinin birinin rəisinin müxalifət tərəfinə keçməsindən sonra, altı min siyasi məhbusun sərbəst buraxıldığı bildirilir.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 12 mini ötüb.
Təxminən 230 min insan qaçqın düşüb, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var.