“Beşiktaş”dan qələbə, “Başakşəhər” ümidini səfərə saxladı - Video

besiktasdan-qelebe-basakseher-umidini-sefere-saxladi
Oxunma sayı: 4894

Avropa Liqasında təsnifat mərhələsinin 3-cü turunda ilk oyunlar keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Türkiyəni təmsilçiləri “Beşiktaş” və “Başakşəhər” klubları da bu mərhələdə ilk oyunlarına çıxıblar.

Avstriyanın LASK kubunu qəbul edən “Beşiktaş” matçdan 1:0 hesablı qələbə ilə ayrılıb. Yeganə qolu 6-cı dəqiqədə Babel vurub.

“Başakşəhər”in öz meydanında İngiltərənin “Börnli” klubu ilə qarşılaşması isə qolsuz başa çatıb.

Qeyd edək ki, mərhələnin cavab oyunları 1 həftə sonra keçiriləcək.