Bəxtiyar Vahabzadənin oğlu təqaüdə göndərildi - Daha iki prokuror dəyişdi

Bəxtiyar Vahabzadənin oğlu təqaüdə göndərildi
Oxunma sayı: 11290

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə prokurorluqda qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub.
 
Bundan başqa, Tərtər rayon prokuroru Azər Hətəmov tutduğu vəzifədən azad edilərək Şəmkir rayon prokuroru, Tovuz rayon prokurorunun müavini Elçin Qəhrəmanov isə tutduğu vəzifədən azad edilərək Tovuz rayon prokuroru vəzifələrinə təyin ediliblər.
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib.

Qeyd edək ki, Azər Vahabzadə Xalq şairi Bəxtiyar Vahabzadənin oğludur. 

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi