Beynəlxalq gənclər günü Bakıda da qeyd olundu

beynelxalq-gencler-gunu-bakida-da-qeyd-olundu
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, tədbirin əsas məqsədi uşaq və gənclərin üzləşdikləri problemlərin həlli istiqamətində fəaliyyət göstərən milli və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi olub.

Qeyd edək ki, Beynəlxalq Gənclər Günü BMT Baş Assambleyasının 54/120 saylı qətnaməsi ilə 1999 ildən bəri 12 avqust tarixində qeyd olunur. Beynəlxalq Gənclər Gününün builki mövzusu “Gənclərilə əməkdaşlıq edərək daha yaxşı dünya quraq”dır.

Tədbirin rəsmi açılışında ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin sədri Aynurə Piriyeva, Azərbaycan Avropa Hərəkatının Assosativ üzvlərlə iş üzrə katibi Pərviz Əzimov, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimovic çıxış edib.
Daha sonra panel müzakirələrə start verilib. Panellərin aparıcıları Azərbaycan Avropa Hərəkatının və eyni zamanda ABŞ Təhsilli Azərbaycan Məzunları Birliyiliyin İdarə Heyətinin üzvü Leyla Aslanova və Azərbaycan Avropa Hərəkatının İdarə Heyətinin üzvü Pərviz Abbasov olub.

Qeyd edək ki, bu tədbir Beynəlxalq Gənclər Günün Bakıda qeyd olunmasının rəsmi hissəsi olub.Yaxın günlərdə bununla əlaqədar Bakıda həmçinin gənclər üçün açıq hava konserti təşkil olunması nəzərdə tutulub.