Beynəlxalq müşahidəçilər seçki prosesinin monitorinqinə başladı

beynelxalq-musahideciler-secki-prosesinin-monitorinqine-basladi
Oxunma sayı: 777

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Bakı filialı 2018-ci il aprelin 11-nə təyin edilmiş prezidenti seçkiləri ilə əlaqədar uzunmüddətli monitorinqlərə başlayıb.

Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, monitorinqin məqsədi assambleyanın iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasıdır. Müxtəlif istiqamətlərdə həyata keçiriləcək monitorinqlər seçkilərin elan olunmasından rəsmi nəticələrin dərc olunmasınadək olan müddəti əhatə edəcək. 

Qərargahın Lənkəran, Şəki, Gəncə, Sumqayıt bölgələrində filialları yaradılacaq və filialların ekspertləri bu bölgələrdə monitorinqlər aparacaqlar.