Eynulla Fətullayev Əli Kərimli ilə görüşünə aydınlıq gətirdi

eynulla-fetullayev-eli-kerimli-ile-gorusune-aydinliq-getirdi-
Oxunma sayı: 953

“Qafqazinfo” “Salamnews”a istinadən məlumat verir ki, E. Fətullayev görüş zamanı siyasi məsələlərin müzakirə edilmədiyini bildirib: “Mən jurnalist, ictimai xadiməm, siyasətlə məşğul olmuram. Mən çoxlu sayda partiya lideri ilə görüşürəm və onlarla açıq söhbət edirəm. Mənim Əli Kərimli, İsa Qəmbər, Lalə Şövkət, İqbal Ağazadə, Eldar Namazovla yaxşı münasibətlərim var. Bu söhbətlər əsasən ictimai-siyasi tədqiqatlarla bağlıdır. Əli Kərimliyə gəlincə mən həbsxanada olarkən o məni dəfələrlə müdafiə edib. Biz bir-birimizə qarşılıqlı hörmət bəsləyirik, tez-tez bir-birimizi çaya dəvət edirik. Bu da elə görüşlərdən biri idi”.
E. Fətullayev onu da vurğulayıb ki, Əli Kərimli ilə görüş çayxanada baş tutub, ətrafdakı insanlar isə bu barədə mətbuata xəbər veriblər. Görüş səmimi, adi keçib, siyasi motiv daşımayıb.
Xatırlada ki, mətbuatda avqustun 12-də E. Fətullayev və Ə. Kərimli arasında gizli görüşlə bağlı informasiya yayılmışdı.