Beyons bu dəfə azərbaycanlını seçdi - Fotolar

beyons-bu-defe-azerbaycanlini-secdi
Oxunma sayı: 2910

Dünyaca məşhur müğənni Beyons azərbaycanlı dizayner Rüfət İsmayılın ayaqqabı kolleksiyasına müraciət edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Rüfətə məxsus brendin rəsmi instaqram səhifəsində məlumat verilib. 

Qeyd olunub ki, pop ulduz əl işini “Wearable Art Gala” gecəsində istifadə edib. Qızılı rəngli ayaqqabı “Power of fire” kolleksiyasına aiddir.

Posta qəzeti qeyd edib ki, sözügedən ayaqqabının qiyməti 1250 dollardır.