Əzələ töhməti

ezele-tohmeti
Oxunma sayı: 651

həyəcan-filan yox olmağa başlayır. Yəni artıq buna da şakərli olmalıyıq. İndi hər kəsi bir sual düşündürür: olimpiya komplekslərinə xərclənən bu qədər pullar xalqın kasıb təbəqəsinə xərclənə bilməzdimi? Qoy bu sualı ətək-ətək pulları o komplekslərə xərcləyənlər cavablandırsın.

İdman-rəqabətdir, sağlamlıqdır. İdman öz ölkəni beynəlxalq arenada tanıtmaqdır. İdman-dövlətinin bayrağını ucaltmaqdır. Və ən nəhayət idman-şan-şöhrət, yaşayışın maddi qarantıdır. Göründüyü kimi, idman elə bir sahədir ki, burda yalnız uğur səni müşayiət edir-öz sağlamlığından tutmuş maddi rifahının yaxşılaşdırılmasına, ölkəni dünyaya tanıtmağa kimi. Qalır idmançı olmağın məsuliyyəti, çalışmaq...

Ölkədə idmana göstərilən qayğı heç bir sahəyə göstərilmir. İdmançılara xərclənən pullar yazarlara, aktyorlara xərclənsəydi, daha yaxşı nailiyyətlər əldə etmək olardı. Təbii, xalq üçün ağılın, savadın, intellektin qalibiyyəti əzələ qalibiyyətindən daha önəmlidi. Gündüz Ağayevin karikaturasında olduğu kimi, bizdə idmandan başlayan yol polisə, məmur kürsüsünədək gedib çıxır. Bəs mükafat fondunun vəd etdiyi məbləğ, qalibiyyət sevinci, şan-şöhrət niyə bizim idmançılarımızın potensialı ilə tərs-mütənasibdi? Hətta Elnur Məmmədli belə ümidləri doğrultmadı. Mən Elnurun haçansa məğlubiyyətlə üzləşəcəyini onun özünəarxayınlığından, adının şou-biznes əhli ilə hallandırılmasından hiss etmişdim. Şöhrət başımızı tez gicəlləndirir.

Hər xalqın mükəmməl yiyələndiyi bir sahə olur. Mən kapoeyra ilə məşğulam. Facebook sosial şəbəkəsində bu barədə polemika apardığım qaradərili kapoeyraçılar həmişə bir həqiqəti deyir: kapoeyra sizlik deyil, braziliyalıların sənətidi. Belə bir ümumi qənaət də var: İdman qaradərilərin, texnoloji yaponların, saxta istehsalat çinlilərin sənətidi. Bir misal: ingilislər kriket həvəskarıdır. Hətta belə deyirlər ki, Londonda işləyən əcnəbi jurnalist İncildən, Tövratdan, Qurandan gələn populyar ibarə və ifadələrlə, latın atalar sözlərilə yanaşı, kriket yarışlarının təsviri zamanı işlədilən epitet və terminləri də bilməlidir-bunsuz nə parlamentdəki müzakirələri, nə də qəzetlərin baş məqalələrini başa düşmək olar.

Azərbaycanda futbolun inkişaf etməməsini ümumən xalqımızın kollektivçilik bacarığının olmamasının ayağına yazmaq olar. Göründüyü kimi, qazon üzərində qazanılmayan uğuru tatamidə, rinqdə qazana bilirik. İndividual qabiliyyətimiz kollektivçilik qabiliyyətimizdən yaxşı inkişaf edib. Lakin bu qədər qayğının müqabilində get-gedə bu qabiliyyətimizin də itdiyini müşahidə edirik. Deməli, bizə olimpiya kompleksləri lazım deyil. Zatən bu komplekslərin əksəriyyətinə öz işçilərindən başqa gedən də yoxdu. Yaxşı olar ki, idmana göstərilən qayğının yarısını gəncliyin intellektinin, yaradıcılıq potensialının inkişafına, maariflənməsinə yönəltsinlər. İnanıram ki, belədə ölkəyə daha çox xeyir verə bilərik.

Elə qoluzorlu olsaydıq, Qarabağ əlimizdən getməzdi zatən...