FEMEN qızlardan islama etiraz - Fotolar

femen-qizlardan-islama-etiraz-fotolar
Oxunma sayı: 639

“Qafqazinfo”nun verdiyi məlumata görə, təşkilat üzvləri London Olimpiadasında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) islam rejiminə dəstək verməsinə etiraz edib.

4 qız qurşaqdan yuxarı soyunaraq London İcra Hakimiyyətinin qarşısında aksiya keçirib. Onların sinəsində “No Sharia” (Şəriətə “yox”) yazısı əks olunub. Onlar BOK-dan şəriət qanunlarını əldə rəhbər tutan ölkələri Olimpiadaya buraxmamağı tələb edib.
FEMEN qızları bu qanunlar Olimpiya Oyunlarının bəşəri prinsiplərinə ziddir.

London polisi qısa müddətdə aksiyanı dayandıra bilib. Hüquq mühafizəçiləri aksiya iştirakçılarını ictimai asayişi pozduqlarına görə tutublar.

Ceyhun Əhmədov