Foqts Vaqif Cavadovu bağışladı

foqts-vaqif-cavadovu-bagisladi
Oxunma sayı: 648

“Qafqazinfo”nun verdiyi xəbərə görə, görüşdə baş məşqçi və futbolçu arasında fikir mübadiləsi aparılıb. Görüşlə bağlı Berti Foqts və Vaqif Cavadov fikirlərini affa.az saytına bildirib:
Vaqif Cavadov: "Avropa çempionatının seçmə mərhələsində Avstriya millisinə qarşı keçirdiyimiz oyunda məğlub olmağımız psixoloji cəhətdən mənə mənfi təsir etmişdi və emosional vəziyyətdə artıq çoxlarına məlum olan həmin xoşagəlməz hadisə baş verib. Əlbəttə ki, həmin hadisə məni çox təəssüfləndirir. Mən bu hərəkətimə görə AFFA-dan və komanda yoldaşlarımdan üzr istəyir və bir futbolçu kimi Azərbaycan futbolunun inkişafına bacardığım qədər yardımçı olmaq fikrindəyəm".

Berti Foqts: "Vaqif Cavadov gənc və bacarıqlı futbolçudur. Sevindirici haldır ki, bu görüş təşkil olundu və biz bəzi məsələlərə aydınlıq gətirdik. Hesab edirəm ki, V.Cavadova ikinci dəfə şans verilməlidir ".